"Napoli" bombardirlə "nikah təzələdi"

00:50 - 28 May 2017

İtaliya A Seriyasında çıxış edən “Napoli” klubu futbolçusu Dris Mertenslə müqavilə müddətini uzadıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi rəsmi saytı məlumat yayıb. Müqavilə müddəti isə 2020-ci ilin iyuluna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, belçikalı hücumçu bu mövsüm 45 oyuna 33 qol vurub və 11 assist edib. A Seriyasında 27 dəfə rəqib qapılarına yol tapan 30 yaşlı Mertens yalnız "Roma"nın hücumçusu Edin Dzekodan (28 qol) geri qalır. 

 

Xəbər xətti