“Yuventus”un 17 yaşlı hücumçusu Moyze Kin A seriyasında "Bolonya" ilə matçda qol vurub.
Sportal.az xəbər verir ki, Kin oyuna 78-ci dəqiqədə hesan 1:1 olarkən daxil olub və 90+4-ci dəqiqədə komandasının qələbə qolunu vurub. Gənc istedad matçdan sonra fikirlərini bildirib:
“17 yaşında istənilən futbolçu böyük bir klubun heyətində qol vurmaq istəyir. Hər şey əladır, amma qarşıda görüləcək çox iş var. Mən əsas komanda ilə məşq etməklə xeyli təcrübə toplamışam. Vurduğum qolu isə anama həsr edirəm Amma düşünürəm ki, anam mənim qol vurduğuma inanmayacaq”.
saytlarin hazirlanmasi