"Milan" Donnarrummanı hədələdi

19:05 - 28 May 2017

“Milan” qapıçısı Canluici Donnarumanı hədələyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb gənc futbolçunun yeni müqaviləyə qol çəkməməsidir. Klub rəhbərliyi qapıçını yeni müqavilə bağlamayacağı təqdirdə, əsas heyətdən uzaqlaşdırılacağı ilə hədələyib.

 

"Milan" Donnarummanın agenti Mino Rayola ilə danışıqlar aparır. "Qırmızı-qaralar" əlcək sahibinə illik 3,5 milyon avro məvacib təklif edib. Lakin tərəflər hələ ortaq məxrəcə gəlməyiblər.

 

Donnaruma hazırki müqaviləsinə görə illik 250 min avro maaş alır.

Xəbər xətti