"Roma" baş məşqçisi Luçano Spaletti ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. "Canavarlar"ın yeni baş məşqçisinin Eusebio di Françeskonun olacağı gözlənilir.
"Roma" cari mövsüm İtaliya A seriyasını ikinci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Spalettinin İtaliya "İnter"inə keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi