Azərbaycan milli komandasının Avstriyadakı təlim-məşq toplanışından yoldaşlıq görüşü keçirmədən qayıtmasının səbəbi açıqlanıb.
Sportal.az "Report"a istinadən xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, toplanış müddətində məqsəd reytinqcə daha güclü rəqiblə üz-üzə gəlməkdən ibarət olub. AFFA rəsmisi bildirib ki, yoldaşlıq görüşlərinin təşkili ilə məşğul olan şirkətlərlə danışıqların aparılsa da, potensial rəqiblərin planlarında dəyişiklik baş verib: "Zəif rəqiblərlə isə oynamaq istəmədik. Nəticədə hazırlıq prosesi zamanı heç bir yoldaşlıq görüşü keçirilmədi".
Qeyd edək ki, Azərbaycan millisi Avstriyaya mayın 20-də yollanıb. Toplanış iyunun 2-də başa çatacaq. Hazırlıq prosesi Şimali İrlandiyaya qarşı iyunun 10-da Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq xarakteri daşıyır.
saytlarin hazirlanmasi