DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan Şimali İrlandiya yığması bu gün yoxlama oyunu keçirəcək. Britaniya komandası Konfederasiyalar kubokunda iştirak edəcək Yeni Zelandiya ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Şimali İrlandiya yığmasının Bakıya gələcəyi vaxt bəlli olub. Maykl Onilin komandası sabah Türkiyəyə yollanacaq və gün qardaş ölkədə hazırlıq keçəcək. Britaniyalılar iyunun 8-də paytaxtımıza gələcək.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi