“Barselona”nın ulduz futbolçusu Lionel Messi komandanın yeni baş məşqçisi Ernesto Valverde ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu Valverdeni yaxından tanımadığını bildirib:
“Valverdeni tanımıram və necə taktika ilə çalışdığını da bilmirəm. Önümüzdəki günlərdə tanış olacağıq. Son illərdə “Atletik”lə qazandığı nəticələri görürürük. Bir-birimizi tanımasaq da hədəfimiz yeni mövsümdə titullar əldə etməkdir”.
Messi Argentinanın DÇ-2018-in final mərhələsinə yollanmaq şansını dəyərləndirib: “Hələ şansımız var. Final mərhələsinə getmək üçün şansımız var və sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, Valverde “Barselona” ilə 2+1 illik müqavilə bağlayıb. 53 yaşlı çalışdırıcı Messi ilə çalışmaqdan böyük zövq alacağını bildirmişdi.
Messi bu mövsüm 52 oyunda 54 qol vurub və 19 assist edib.
saytlarin hazirlanmasi