İtaliyanın "Latsio" klubu baş məşqçisi Simeno İnzaqi ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, yeni sözləşməyə əsasən italyan mütəxəssis 2020-ci ilin yayına qədər Roma təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Filipo İnzaqinin qardaşı olan 41 yaşlı məşqçi 2010-2016-cı illərdə "Latsio"nun əvəzedici komandasına rəhbərlik edib. Ötən ildən isə o əsas komandanı çalışdırır. İnzaginin rəhbərliyi altında "Latsio" A Seriyasını 5-ci pillədə tamamlayıb.
saytlarin hazirlanmasi