Millimizdə itki: Nazarovun durumu qeyi-müəyyəndi

16:29 - 6 İyun 2017

Millimizin Avstriya toplanışında zədə alan Dimitri Nazarovun durumu qeyri-müəyyəndir.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu hələ də kolletiv məşqlərə başlaya bilməyib. Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi fərdi şəkildə məşq edir. Onun DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşmada iştirak edib-etməyəcəyi həkimlərin rəyindən sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da baş tutacaq.

Xəbər xətti