Prosineçki qərarını verdi: Türkiyəyə yollanır

10:10 - 7 İyun 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin agenti Yaşar Çalışır “Bursaspor” prezidenti Ali Ayla görüşüb.

 

Sportal.az xəbər verir ki, menecer klub rəhbəri ilə növbəti mövsümün planlarını müzakirə edib. Ali Ayın Çalışırdan Prosineçkinin klublar, heyətlə bağlı fikirlərini öyrəndiyi bildirilir. İyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə matçdan sonra Robertin Türkiyəyə gedərək “Bursaspor” rəsmiləri ilə görüşəcəyi də yayılan xəbərlər arasındadır.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi dekabr ayının 4-də başa çatacaq.

Xəbər xətti