Alleqri daha 3 il "Yuventus"da

17:17 - 7 İyun 2017

"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, yeni sözləşməyə əsasən italyan mütəxəssis 2020-ci ilədən Turin təmsilçisini çalışdıracaq. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Alleqri İtaliya nəhəngində illik 7 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, 49 yaşlı çalışdırıcı 2014-cü ildən "Yuventus"a rəhbərlik edir. 

Xəbər xətti