Millimizin Avstriya toplanışı zamanı zədə alan Dimitri Nazarovun durumuna aydınlıq gəlib.
Sportal.az saytının əldə etdiyi məlumata görə, təcrübəli futbolçunun zədəsi ciddi deyil. Belə ki, bir neçə gün kollettivlə birgə məşqlərdən kənarda qalan 27 yaşlı oyunçu artıq sıralara dönüb. Onun DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya ilə matçda iştirak etməsi üçün heç bir problem qalmayıb.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi