Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası Çexiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma Çexiya millsinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı millimiz açsa da, üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib. 21-ci dəqiqədə Mahir Mədətov yığmamızı önə keçirib. Çexiya millisi isə 84 və 86-cı dəqiqələrdə vurduğu qollarla qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, bir neçə gün öncə tərəflər arasında baş tutan ilk qarşılaşmada Çexiya millisi 5:0 hesablı qələbəyə sevinmişdi.
saytlarin hazirlanmasi