Madridin “Real” klubunun hücumçusu Alvaro Morata komandanı tərk edəcəyi ilə bağlı yayılan söz-söhbətlərə son qoyub. Sportal.az xəbər verir ki, İspaniya millsinin üzvü “kral klubu”nu tərk etmək fikrində deyil.
Moratanın adı son vaxtlar daha çox “Milan”la hallanmasına baxmayaraq, o, “rossonyerlər”ə keçməyi düşünmədiyini söyləyib:
"Mən mübarizə aparmaq, komandanın vacib hissəsi olmaq istəyirəm. Xüsusilə növbəti il dünya çempionatının olacağını nəzərə alıb daha çox meydana çıxmağa can atıram. Rəqabətə hazıram. Axmaq deyiləm ki, "Real"dan gedim. A Seriyasında yaşadığım təcrübə inanılmaz olsa da, İtaliyaya yenidən qayıtmaq məsələsi qaranlıq görünür. Orda mənim üçün yeganə klub "Yuventus"du".
Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm "Real"ın heyətində 26 La Liqa matçında iştirak edib və 15 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi