Modriç yenə ən yaxşı seçildi

11:14 - 9 İyun 2017

Xorvatiyada 2016-17 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç azarkeşlər arasında aparılan səsvermədə hamını qabaqlayıb.
 
Böyük fərqlə birinci olan 31 yaşlı orta sahə oyunçusu bununla ardıcıl 5-ci dəfə ölkəsində mövsümün futbolçusu seçilib.
 
Qeyd edək ki, Modriç ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.

Xəbər xətti