Şimali İrlandiya millisinin kapitanı: "Qrupdan çıxmaq üçün Azərbaycanla oyun çox önəmlidir"

18:35 - 9 İyun 2017

Şimali İrlandiya millisinin kapitanı Stiven Deyvis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə oyunöncəsi fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi oyuna yaxşı hazırlaşdıqlarını bildirib:

 

“Demək olar ki, Türkiyənin iqlimi Azərbaycana uyğundur. Yaxşı hazırlıq keçdik. Ümid edirik ki, hər şey yaxşı olacaq. Komandamızın 6 üzvü Azərbaycana qarşı oynamayacaq. Amma yeni futbolçuların da perspektivi var. Onlar komandamıza kömək edə biləcəklər. Ümumilikdə, Aərbaycanla oyuna çox yaxşı hazırlaşmışıq və 3 xalı qazanan tərəf olmaq istəyirik”. 

 

Deyvis qrupdan çıxmaq üçün oyunu vacib hesab etdiklərini söyləyib: “Sonuncu dəfə Azərbaycana səfərdə qrupdakı vəziyyətimiz fərqli idi, indi isə fərqli. Qrupdan çıxmaq üçün Azərbaycanla oyun çox önəmlidir. Bu oyundan mütləq qələbə ilə ayrılmalıyıq”.

 

"Sauthempton"un futbolçusu sabah millimizi məğlub etməyə çalışacaqlarını bildirib: “Düzdü, biz Azərbaycanda heç vaxt qələbə qazanmamışıq. Əlbəttə, hər bir səfər oyunu çətin olur. Amma biz Belfastda Azərbaycanı məğlub edə bilmişik və bunu sabah da etməyə çalşacağıq”.

Xəbər xətti