Maksim Medvedev: "Yalnız uğurlu nəticəyə ümid edirik"

00:16 - 10 İyun 2017

“Uzun müddətli toplanış oldu. Yaxşı məşqlər keçmişik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin oyunçusu Maksim Medvedev deyib. DÇ-2018-in seçmə mərhələsinin seçmə mərhələsində yığmamız bu gün Şimali İrlandiya ilə qarşılaşacaq. Oyundan əvvəl baş tutan mətbuat konfransında qısa açıqlama verən Maksim qarşıdakı matçı dəyərləndirib: 

 

“Çalışacağıq ki, Belfastdakı səhvləri təkrarlamayaq. Bu rəqibə bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxıb, rəqiblə vuruşacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik”.

Xəbər xətti