“Üstün tərəf olan biz idik. Bir neçə hücum şansımız da oldu. Ancaq son nöqtəni qoymaqda çətinlik çəkirdik”. Sportal.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Namiq Ələsgərova məxsusdur.
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda son dəqiqə qolu ilə 0:1 hesablı məğlubiyyətə üzülən yığmamızın futbolçusu çox qısa açıqlama verib.
O, epizodların birincə özünə qarşı edilən kobudluq zamanı hakimin səhv qərar verdiyini deyib: “Əlbəttə, açıq-aşkar cərimə zərbəsi idi. Zərbə topa yox, ayağıma dəymişdi. Hakimin niyə davam qərar verdiyini anlaya bilmədim”.
Ələsgərov oyun praktikası baxımından əziyyyət çəkmədiyini də sözlərinə əlavə edib: “Artıq çempionat başa çatıb və bir müddətdi oynamırıq. Amma bunu bəhanə etmək lazım deyil. Avstriya toplanışı zamanı öz aramızda oynamışdıq və gücümüzü bərpa etməyə çalışmışdıq. Düşünürəm ki, məğlubiyyəti az oynamaqla əlaqələndirmək olmaz”.
saytlarin hazirlanmasi