İspaniya Sequndasında mövsümə bu gün yekun vurulacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilofovun çıxış etdiyi "Kadis" çempionatın son turunda səfərdə "Valyadolid"ə 0:1 hesabı ilə uduzub. Eddi millimizin heyətində olduğundan bu matçda klubunun düşərgəsində yer almayıb.
"Kadis" Sequndanı 42 oyundan sonra 64 xalla 5-ci yerdə bitirib və pley-off oyunlarına vəsiqə qazanıb. "Sarılar"ın La Liqaya çıxmaq uğrunda mübarizədə ilk rəqibi "Tenerife" olacaq.
Oyunlar iyunun 15-də və 18-də keçiriləcək. Cütün qalibi "Ueska" - "Xetafe" matçlarında sevinən tərəflə finalda qarşılaşacaq.
Final görüşləri iyunun 21-də və 24-də keçiriləcək.
Qeyd edək ki, La Liqaya "Levante" və "Jirona" klubları vəsiqəni təmin ediblər.
saytlarin hazirlanmasi