Prosineçki AFFA rəhbərliyi ilə görüşəcək

10:44 - 12 İyun 2017

Millimizin baş məşqçisi Robert Prosineçkinin "Bursaspor" klubuna keçidi bu həftə rəsmiləşə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xorvatiyalı mütəxəssis bu gün AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcək. Türkiyə mətbuatı “Bursaspor”la ortaq məxrəcə gələn Prosineçkinin AFFA ilə ilin sonuna qədər olan müqaviləsinə xitam verilməsi üçün danışıqlar aparacağını qeyd edib.

 

Əgər Prosineçki müsbət cavab almasa, oktyabra qədər həm millidə, həm də “Bursaspor”da işləmək üçün icazə istəyəcək. “Yaşıl timsahlar”ın rəhbərliyi də onun hər iki cəbhədə çalışmasının əleyhinə deyil.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi cari ilin sonuna qədərdir. Millimiz DÇ-2018-in seçmə mərhələsində son oyununu oktyabrın 8-də Almaniya yığmasına qarşı keçirəcək. 

Xəbər xətti