İtaliya A seriyasında 2017/18 mövsümünün təqvimi bəlli olub.
Sportal.az xəbər verir ki, yeni mövsümə avqustun 20-də start veriləcək. Çempionata 2018-ci ilin may ayının 20-də yekun vurulacaq.
Avqustun 13-də Romada “Yuventus”la “Latsio” arasında İtaliya superkuboku matçı keçiriləcək.
İtaliya kubokunun final görüşü gələn il mayın 9-da baş tutacaq.