Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Adnan Yanuzay karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü ilə “Real Sosyedad” maraqlanır. "Mançester Yunayted" 22 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən komandalardan 10 milyon avro tələb edir.
San-Sebastiyan təmsilçisi isə Kosovo əsilli futbolçunu 1 illik icarəyə götürmək istəyir.
Qeyd edək ki, Yanuzay Son mövsümü icarə əsasında “Sanderlend”də keçirib və 25 oyunda 3 assist edib.
saytlarin hazirlanmasi