İspaniya millisinin üzvü xərçəngə qalib gələ bilmir

15:13 - 13 İyun 2017

Bilbaonun "Atletik" klubunun futbolçusu Yeray Alvaresdə xərçəng xəstəliyinin ağırlaşma halı baş verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçuda ötən ilin dekabr ayında xaya xərçəngi aşkarlanıb. O, son günlər İspaniya yığmasının düşərgəsində olub. Bu zaman tibbi müayinə nəticəsində limfa düyünlərində böyümə müşahidə olunub.

 

Həkimlərin rətinə görə, futbolçu kimya terapiyasına məruz qalacaq. İlkin proqnozlara əsasən, gənc futbolçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Qeyd edək ki, Yeray Alvares Lopesin "Atletik"lə 2022-ci ilin yayınadək müqaviləsi var. 

Xəbər xətti