Madridin "Atletiko" klubunda yeni müqavilə imzalanıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi aparıcı futbolçularından olan Antuan Qrizmannla 2021-ci ildə başa çatmalı olan sözləşmənin müddətini daha bir il uzadıb. Beləliklə, fransız forvard 2022-ci ilin yayınadək La Liqa təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, 26 yaşlı hücumçu 2014-cü ildən "Atletiko"da çıxış edir. O, madridlilərin heyətində meydana çıxdığı 111 qarşılaşmada 60 dəfə fərqlənib.
saytlarin hazirlanmasi