Millimizin baş məşqçisi Robert Prosineçkinin AFFA rəsmiləri ilə son görüşü çox sərt məcrada keçib.
Sportal.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin bursa.com saytı yayıb.
İddialara görə, “Bursaspor”a keçmək istəyən Prosineçki federasiya rəsmilərinə “Mən “Bursaspor”a keçmək istəyirəm. 10 milyon avro versəniz də, burada qalmayacağam, məni burada saxlaya bilməzsiniz. Ailəm də burda qalmaq istəmir” sözlərini deyib.
Lakin sonda AFFA rəhbərliyinin dediyi olub və Prosineçki postunda saxlanılıb. Beləcə, həftələrlə davam edən məsələyə son qoyulub.
"Bursaspor"un prezidenti Ali Ay isə artıq başqa məşqçi axtarışına başlaycaqlarını bildirib: “Saat 15:00-a kimi vaxt verdik. Ancaq qarşı tərəfdən müsbət cavab gəlmədi. Biz də başqa məşqçi axtarışına başladıq. Siyahımızda alternativ əcnəbi məşqçilər var”.
saytlarin hazirlanmasi