İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisini Eusebio Di Françesko çalışdıracaq 47 yaşlı mütəxəssislə 2019-cu ilin yayına kimi müqavilə imzalanıb.
"Roma"nı geridə qalan mövsümdə Luçano Spalletti çalışdırırdı. Paytaxt təmsilçisi mövsümü 2-ci pillədə başa vursa da, Spalletti "İnter"ə keçdi.
Di Françesko isə 2012-ci ildən bəri "Sassuolo"nun "sükanı arxasında" çalışırdı. O, bu komandanı 2013-cü ildə B Seriyasından elitaya yüksəldib. Ötən il isə "Sassuolo" bu baş məşqçinin rəhbərliyi altında Avropa Liqasına vəsiqə qazanıb.
saytlarin hazirlanmasi