Türkiyə millisinin sabiq üzvü Arda Turanın oynayacağı klub açıqlanıb.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Ahmet Bulut açıqlama verib. O, bildirib ki, Arda Turan "Barselona"nı tərk etməyəcək:
"Ardanın satılması ilə bağlı "Barselona"dan heç bir tələb olmayıb. Məqsədimiz "Barselona"da qalmaqdı. Bu günədək heç bir klubla danışıqlar aparmamışam. Ardanın 3 illik müqaviləsi var və klubunda çox xoşbəxtdi. Düzdü, çətin mövsüm keçirdi, bir neçə dəfə zədə aldı. Bu səbəbdən mövsümün yarısında yaxşı oynamadı. Amma yenə deyirəm, klubunda xoşbəxtdi və Ernesto Valverdenin baş məşqçi təyin olunmasından məmun qalıb".
Qeyd edək ki, Arda Turan 2015-ci ildə "Atletiko"dan "Barselona"ya transfer edilib.
saytlarin hazirlanmasi