Canluici Donnarumma “Milan”la yeni müqavilə imzalamayacaq.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Qırmızı-qaralar”ın baş direktoru Marko Fassone bildirib ki, 18 yaşlı qapıçı komandayla müqaviləni uzatmaq niyyətində deyil.
İtaliya millisinin üzvünün agenti Mino Rayola yekun qərar verdiklərini və "Milan"la müqavilə bağlamaq fikirlərinin olmadığını bildirib.
Donnaruma hazırki müqaviləsinə görə illik 250 min avro maaş alır. “Milan” qolkiperə ildə 4,5 milyon avroluq əmək haqqı təklif etsə də, danışıqlar müsbət nəticələnməyib.
saytlarin hazirlanmasi