İspaniya futbolunda maraqlı hadısiə baş verib.
Sportal.az xarici KİV-nə istinadən xəbər verir ki, gənclər liqasında keçirilən "Serranos"un B komandası rəqibi "Benikalap"ın C komandasını 25-0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra qalib komandanın baş məşqçisi postundan qoulub.
"Serranos"un idarəçilərindən olan Pablo Alsaide məsələ ilə bağlı açıqlama verib. O, böyükhesablı qələbənin rəqibə hörmətsizlik olduğunu qeyd edib:
"Rəqibimizə hörmət etməyimiz lazımdı. Bu nəticədən sonra baş məşqçimizlə yollarımızı ayırmaq qərarı verdik. Vəziyyətə nəzarət edə bilmədi".
saytlarin hazirlanmasi