Kriştianu Ronaldo “Real”ı tərk etmək niyyətindədir.
Sportal.az xəbər verir ki bu iddianı “A Bola” nəşri irəli sürüb. Bildirib ki, portuqaliyalı futbolçunun belə bir fikrə düşməsi İspaniya prokurorluğunun ona vergidən yayınma ittihamı irəli sürməsi ilə əlaqədardır. İddiaya görə, bu məsələdən narahat oan Ronaldo “Real”ın prezidenti Florentino Peresə də klubu tərk etmək niyyətini açıqlayıb.
Qeyd edək ki, prokurorluq Ronaldonu 2011-14-cü illər aralığında ümumilikdə 14,7 milyon avronu vergidən gizlətməkdə ittiham edir.
saytlarin hazirlanmasi