AFFA iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Şimali İrlandiya oyunundan əldə edilən gəliri açıqlayıb.
Sportal.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçın bilet və Skybox satışından ƏDV daxil olmaqla 91 min 165 AZN gəlir əldə edilib.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi