"Mladost"un baş məşqçisi: "İnter"lə qarşılaşdığımız üçün məmnunam"

17:42 - 19 İyun 2017

“Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Püşkün nəticəsindən razıyam”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının birinci təsnifat mərhələsində “İnter”in rəqibi olan “Mladost”un baş məşqçisi Nenad Milovanoviç  Serbiya mediasına deyib. 47 yaşlı mütəxəsis “İnter”lə qarşılaşdıqları üçün narazı olmadıqlarını bildirib:

 

“Nəzərə almalıyıq ki, potensial rəqiblər arasında daha güclüləri də vardı. Buna görə də “İnter”lə qarşılaşdığımız üçün məmnunam. Növbəti mərhələyə keçmək üçün şansımız var”.

Xəbər xətti