Madrid "Real"ı keçmiş hücumçusu Raul Qonzalesi komandaya qaytaracaq.
Sportal.az xəbər verir ki, 39 yaşlı sabiq futbolçu "kral klubu"nda inzibati vəzifədə çalışacaq. Əfsanəvi forvard iyulun 3-dən etibarən "Real"da baş direktor Xose Anxel Sançesin müavini kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Raul 2015-ci ildə karyerasını başa vurub. İspaniya yığmasının sabiq futbolçusu 1994-cü ildən 2010-cu ilə qədər "Real"da çıxış edib. O, Madrid klubunun heyətində 738 oyunda 322 qol vurub.
saytlarin hazirlanmasi