Canluici Donnarummanın yeni müqavilə imzalamaqdan imtina etməsindən sonra "Milan" yeni qapıçı axtarışına çıxıb.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Cenoa"nın qolkiperi Mattia Perinə "elçi düşüb". İtaliya millisinin şərəfini qoruyan qapıçı üçün Genuya klubuna da 7 milyon avroluq təklif göndərilib.
PSJ-nin qapıçısı Salvatore Siriqiu, "Yuventus"un "əlcək sahibi" Neto və Leverkuzen "Bayer"inin qapısını qoruyan Bernd Leno da "Milan"ın transfer hədəfindədir.
saytlarin hazirlanmasi