"Barselona"nın futbolçusu Prosineçkini seçdi

17:43 - 22 İyun 2017

"Barselona”nın və Xorvatiya milli komandasının futbolçusu İvan Rakitiç Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçninin vurğunu olduğunu göstərib.

 

Sportal.az  xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin internetdə yüklədiyi videoda hazırkı klubunda oynamış, sevdiyi əfsanəvi futbolçuların adlarını açıqlayıb.

 

“Barselona”nı dünyada ən böyük klub adlandıran Rakitiç kumirləri kimi Yohan Kroyff, Ronaldo, Romario və Robert Prosineçkini qeyd edib. Millimizin xorvat çalışdırıcısıyla bağlı seçim qəribə qarşılanıb. Çünki Prosineçki “Barselona”da cəmi 1 mövsüm oynayıb, bu komandanın əzəli “Real”da daha çox çıxış edib.

 

Belə güman olunur ki, hər ikisi xorvat olduğuna görə İvan belə seçim edib. 

Xəbər xətti