“Real”ın və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib.
Sportal.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi özü məlumat verib.
"Vidalaşmaq vaxtıdı. Fiziki cəhətdən oynamaq imkanım olsa da, getmək barədə qərar verdim. “Real” mənim həyatımın klubudu. Amma heç vaxt onlara iş üçün müraciət etməyəcəm. Sadəcə, təklifləri dinləməyə hazıram".
Qeyd edək ki, karyerası ərzində "Real", "Deportivo", "Liverpul" kimi klublarda çıxış etmiş təcrübəli futbolçunun son komandası "Vest Hem" olub.
saytlarin hazirlanmasi