İspaniya La Liqasının 2017/18 mövsümünə sonuncu vəsiqənin sahibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, sonuncu xoşbəxt "Xetafe" olub. Bu komanda elitaya vəsiqə uğrunda "Tenerife" ilə mübarizədən qalib ayrılıb. Bir neçə gün öncə səfərdə bu rəqibinə 0:1 hesabıyla uduzan Xetafe şəhərinin eyniadlı təmsilçisi doğma meydanda 3:1 hesablı qələbə sayəsində yenidən La Liqaya vəsiqə qazanıb.
Daha öncə İspaniya 2-ci liqasında 1 və 2-ci pilləni tutan "Levante" ilə "Jirona" La Liqanın 2017/18 mövsümündə mübarizə aparmaq hüququ qazanmışdı.
saytlarin hazirlanmasi