İtaliya millisinin üzvü Canluici Donnarumma qərarını dəyişə bilər.
Sportal.az xəbər verir ki, gənc "çərçivə qoruyucusu" yetirməsi olduğu "Milan" klubundan ayrılmayacağı da ehtimallar arasındadır. İtaliya millisinin üzvü bir müddət öncə "Milan"ı tərk edəcəyini desə də, ötən gün yerli mətbuata açıqlamasında qərarını dəyişə biləcəyini bildirib.
Hazırda İtaliyanın 21 yaşlılardan ibarət millisi ilə Avropa çempionatında iştirak edən əlcək sahibi turnirdən sonra "Milan" rəhbərliyi ilə danışacağını vurğulayıb.
Qeyd edək ki, ayrılıq qərarı verən Donnarummanın adı Madrid "Real"ı, PSJ və digər Avropa nəhəngləri ilə birgə hallanırdı.
saytlarin hazirlanmasi