Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Mladost” (Luçani) – “İnter” (Bakı) matçının baş hakimi rusiyalı Aleksandr Matyunin olacaq.
Sportal.az xəbər verir ki, 28 yaşlı hakim avrokuboklarda ilk dəfə baş hakim kimi oyun idarə edəcək. Bu, rusiyalı FİFA referisinin avrokuboklarda baş hakim kimi idarə etdiyi ilk oyun kimi tarixə düşəcək.
Matyunin beynəlxalq arenada 2 oyunda ədalət təmsilçisi olub. Gənc referi 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində İrlandiya – Slovakiya (1:0) və Kipr – İrlandiya (0:) qarşılaşmalarını idarə edib.