Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "İnter" (Bakı) - "Mladost" (Luçani, Serbiya) matçını idarə edəcək hakimlərin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA matçı Rusiyadan olan hakimlərə tapşırıb. Belə ki, matçın baş hakimi Aleksandr Matyuni olacaq. Ona həmyerliləri - Anton Kobzev və Aleksey Lunyov köməklik edəcəklər. Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 29-da "Luçani" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
saytlarin hazirlanmasi