"Fiorentina" satışa çıxarıldı

00:37 - 27 İyun 2017

İtaliyanın "Fiorentina" klubu satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, klubun sahibi olan Andrea və Dieqo Della Valle qardaşları Florensiya təmsilçisini satışa çıxardıqlarını bəyan ediblər.

 

Klubun saytında yayılan məlumatda bildirilir ki, camiədə yaşanan narahatlıq və azarkeşlərin təzyiqi səbəbi ilə "Fiorentina" satışa çıxarılıb. Della Valle ailəsi ciddi və camiənin yaxşılığını istəyən təkliflərin sahibləri ilə görüşmyə hazır olduqlarını bəyan edib:

 

"Klubun sahibləri tərəfdarların məmnuniyyətsizliyi səbəbindən "Fiorentina"nı doğru şəkildə idarə edə biləcəyinə inanan və almaq istəyənlərlə görüşməyə hazırdı. Artıq bu komandaya daha çox uğur qazandıracağına inananların bir addım önə çıxması zamanıdı".

 

Qeyd edək ki, Della Valle qardaşları "Fiorentina"ya 2002-ci ildən sahiblik edir. İtaliya mətbuatının yaydığı məlumata görə, sözügedən ailə indiyə qədər kluba 220 milyon avrodan çox sərmayə yatırıb.

Xəbər xətti