“Əvvəlcədən nəsə demək düzgün olmaz. Rəqibin necə oynadaığını sabahkı oyundan sonra deyə bilərəm”.
Sportal.az xəbər verir ki, bu sözlər Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaqniaya məxsusdur. Lüksemburq klubu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Zirə”nin qonağı olacaq. Oyundan öncə keçirilən mətbuat konfransında mütəxəssis fikirlərini bildirib:
“Bundan öncə "Düdelanj" Azərbaycana gəlib və “Qarabağ”a qarşı oyanyıb. Onu demək istəyirəm ki, Azərbaycan klubları ilə təcrübəmiz var. Ümid edirəm ki, yaxşı oynayacağıq”.
- 3 futbolçunuz iş yerlərindən icazə ala bilmədikləri üçün Bakıya gələ bilməyiblər. Bu isə Azərbaycanda təəccüblə qarşılandı. Bu barədə nə deyə bilərsiniz?
- Bir oyunçumuz Bakıya gəlməyib. Onun da şəxsi işləri var idi. Düşünürəm ki, onun olmamağı bizə problem yaratmayacaq.
- Bakıdakı isti hava şəraiti sizin işinizə problem yaratmayacaq?
- Bu, bizim üçün adi haldı. 15 gündü havalar bizdə bundan da isti keçir.
saytlarin hazirlanmasi