"Təbii ki, Bakıya qələbə qazanmaq üçün gəlmişik. Bunu bacarmaq üçün bütün gücümüzü ortaya qoyacağıq".
Sportal.az xəbər verir ki, bu sözlər Lüksemburqun "Differdanj" klubunun prezidenti Farbritsio Beyə məxsusdur. "Differdanj" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə" ilə qarşılaşacaq. Bakıda baş tutacaq oyundan öncə açıqlama verən klub prezidenti qarşılarına ciddi hədəflər qoyduqlarını deyib: "Hər bir komandanın hədəfi olduğu kimi, bizim də hədəflərimiz var. Mərhələ keçmək niyyətindəyik. "Zirə"ni hər iki oyunda məğlub edə bilsək, bizim üçün yaxşı nəticə olacaq".
Bey "Differdanj"ın büdcəsini də açıqlayıb: "Burda gizlədəcək heç nə yoxdur. Klubumuzun büdcəsi 1 milyon 300 min avrodur".
saytlarin hazirlanmasi