Azərbaycanlı FİFA referisi Ömər Paşayev avrokuboklarda ilk oyununu idarə edib.
Sportal.az xəbər verir ki, həmyerlimiz Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Qazaxıstanda baş tutan "Kayrat" - "Atlantas" matçında ədaləti qoruyub.
Qarşılaşma Bakının "İnter" klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu Almatı təmsilçisinin qələbəsi ilə başa çatıb. Qazaxıstan klubu rəqibinin qapısından 6 cavabsız top keçirib.
"Kayrat" bu qollardan ikisini 11 metrlik cərimə zərbəsindən vurub. Belə ki, Paşayev 26 və 50-ci dəqiqədə "Atlantus"un qapısına penalti təyin edib. Əvvəlcə Rusiya millisinin sabiq üzvü Andrey Arşavin, daha sonra isə Qohou qapıçı ilə dueldən qalib ayrılmağı bacarıb.
Bundan başqa, Paşayev 67 və 81-ci dəqiqələrdə əlini cibinə atmalı olub. O, 67-ci dəqiqədə Litva klubunun futbolçusu Benatanı, 81-ci dəqiqədə isə "Kayrat"ın oyunçusu İliçeviçi "sarı" ilə cazalandırılb.
"Kayrat" 6 - 0 "Atlantas"
Qollar: Qohou, 21, 50 (pen.), Arşavin, 26 (pen.), 42, İliçeviç, 30, 73
saytlarin hazirlanmasi