Avrokuboklarda yeni mövsümə 2 qələbə ilə start verən klublarımız ölkəmizin UEFA-nın klub reytinqində əmsalını zənginləşdirib.
Sportal.az xəbər verir ki, 2017/18 mövsümünə 14.750 xalla başlayan Azərbaycanın reytinqi daha da artıb.
“Zirə”nin evdə Lüksemburq “Differdanj”ı, “İnter”in səfərdə isə Serbiya “Mladost”u üzərində qələbəsi Azərbaycanın xal ehtiyatını 0.500 vahid zənginləşdirib. Hazırda ölkəmiz 15.250 xalla 55 ölkə arasında 23-cüdü.
Müvafiq olaraq, siyahıda 21 və 22-ci pillələrdə yer alan Belarus və Bolqarıstan elə də əlçatmaz deyil. Hazırda belarusluların 15.700, bolqarların isə 15.625 xalı var. Elə bizim kimi günü 2 qələbə ilə başa vuran Kiprin də nəfəsini hiss etməkdəyik. 24-cü pillədə olan adalıların 15.050 xalı var. Onları izləyən İsveç və Şotlandiyanın isə xalları müvafiq olaraq, 14.975 və 14.875-ə bərabərdi.
Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə isə 0.125 xal verilir.
saytlarin hazirlanmasi