Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" matçını idarə edəcək hakimlərin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmada ədaləti ukraynalı hakimlər qoruyacaq. Belə ki, matçın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Bolodin və Aleksandr Korniko köməklik edəcəklər.
Dördüncü hakim funksiyasını isə Anatoli Xavçenko yerinə yetirəcək.
Qeyd edək ki, "İnter" - "Mladost" oyunu iyulun 6-da "Dalğa Arena"da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi