UEFA hakimlərimizin işini yüksək dəyərləndirdi

17:11 - 1 İyul 2017

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində oyunlar idarə edən hakimlərin işi yüksək qiymətləndirilib. 

 

Sportal.az saytının məlumatına görə, "Kayrat" - "Atlantas" matçını idarə edən Ömər Paşayev və “Ventspils” – “Valur” oyununda ədaləti qoruyan Rəhim Həsənov UEFA-dan yüksək qiymət alıblar. 

 

Referilərimiz çətin sınaqdan üzüağ çıxa bilib. UEFA ədalət təmsilçilərimizin idarəçiliyi 8,4 balla qiymətləndirilib.

 

Qeyd edək ki, Qazaxıstanda baş tutan qarşılaşmada Paşayevin işi yetərincə olub. O "Kayrat"ın 6:0 hesablı qələbəsi ilə başa çatan oyunda, Litva klubunun qapısına 2 penalti təyin edib və 2 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. Həsənovun idarə etdiyi qarşılaşmada isə hesab açılmayıb (Futbol11.az)

Xəbər xətti