"Zirə" və "İnter" reytinq xalımızı artırdı

10:44 - 7 İyul 2017

Avrokuboklarda ölkəmizi təmsil edən "Zirə" və "İnter" ötən gün Avropa Liqasında qalib gəldilər. Təmsilçilərimizin qələbəsi Azərbaycanın UEFA-nın klub reytinqindəki əmsalını zənginləşdirib.

 

Sportal.az xəbər verir ki, “Zirə”nin səfərdə Lüksemburqun “Differdanj”, “İnter”in isə evdə Serbiya “Mladost”u üzərindəki qələbəsi xal ehtiyatımızı 0.500 xal artırıb. Ölkəmiz 15.750 xalla 55 ölkə arasında 23-cüdü.

 

Azərbaycan siyahıda 21 və 22-ci pillələrdə yer alan Belarus və Bolqarıstan geri qalır. Hər iki ölkənin aktivində 16.000 xalı var. 24-cü pillədə olan İsveçin 15.475, 25-ci yerdə olan Kiprin isə 15.300 xalı var.

 

Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə isə 0.125 xal verilir.

Xəbər xətti