Avropa Liqasında ölkəmizi təmsil edən "İnter" və "Qəbələ"nin də II təsnifat mərhələsində ilk oyunlarının başlama saatı açıqlanıb.
Sportal.az xəbər verir ki, iyulun 12-də “Dalğa Arena”da keçiriləcək "İnter" - "Fola" (Lüksenburq) oyunu saat 20:00-da başlayacaq.
İyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” oyunu saat 21:00-da start götürəcək.
Qeyd edək ki, digər təmsilçimiz "Zirə" ilk oyununu iyulun 13-də Rumıniyada "Astra"ya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
saytlarin hazirlanmasi