"Zirə"nin rəqibinin baş məşqçisi: "Bu amil məni narahat edir"

15:23 - 7 İyul 2017

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Rumıniya təmsilçisi "Astra"nın rəqibi ölkəmizi bu turnirdə təmsil edən “Zirə” olacaq. Rumıniya klubunun baş məşqçisi Edvard Yordanesku ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssisi heyətdə aparılan islahatlardan narahat olduğunu bildirib:

 

“Komandada müxtəlif dəyişikliklər oldu. Keyfiyyətli futbolçular transfer etsək də, onlar birlikdə oynamayıblar. “Zirə” ilə ilk görüşün keçirilməsinə isə az vaxt qalıb. Bu amil məni narahat edir. Ancaq həmişə pozitiv olmağa çalışmışam. Hədəfimiz pley-off mərhələsinə qədər irəliləməkdi. İdeal komanda qurmaq çətin görünür. Amma ölkə çempionatının startına qədər tam hazır olacağıq”.

 
Qeyd edək ki, “Astra” - "Zirə" matçı iyulun 13-də, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Xəbər xətti